Loqo hazırlanması üçün müsabiqə elan olunur May 10, 2019 | 04:34

“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi təşkilatın loqosunun hazırlanması üçün müsabiqə elan edir. Hər bir kəs müsabiqədə iştirak edə bilər.

Müsabiqənin qalibi 200 AZN ilə mükafatlandırılacaq.

Köməkçi yönüm: loqonun hazırlanmasında su damlası,  su mənbələri, su ambarları, içməli su, su təchizatı və s. ilə əlaqədar şəkillərdən istifadə oluna bilər.

Eskizlər iyunun 10-dək  (bir ay müddətində)  [email protected] e-mail ünvanına  göndərilməlidir.