AR ETN Coğrafiya İnstitutu – Əhali coğrafiyası laboratoriyası

Laboratoriya müdiri:c.ü.f.d., dosent Ələkbərova Samirə Oqtay qızı

Laboratoriyada çalışan işçilərin sayı: 12 nəfər

Laboratoriya müdiri telefon nömrəsi: +994 50 625 01 88

Elektron poçt ünvanı:

[email protected], [email protected]

Laboratoriyanın əsas elmi istiqaməti:Əhali coğrafiyası laboratoriyasında aparılan elmi tədqiqatlar ümumi demoqrafik və geodemoqrafik proseslərin inkişafını, əhalinin məskunlaşmasının və tendensiyalarının qiymətləndirilməsini, təbii artım, miqrasiya, cins-yaş və milli-etnik tərkib, əhali sıxlığı, yüksəklik qurşaqları üzrə yerləşmə, əmək ehtiyatları və məşğulluq, ailə təsərrüfatları, həyat səviyyəsi və sosial şəraitin demoqrafik proseslərə təsirini əhatə edir.

Laboratoriyada aparılan tədqiqatlar həmçinin urbanizasiya, şəhər və kəndlərin region üzrə inkişaf istiqamətləri, əhalinin yüksəklik qurşaqları üzrə yerləşmə qanunauyğunluqları, strateji və geosiyasi zərurilik, regional demoqrafik və iqtisadi-coğrafi planlaşdırma sahələrinə yönəlmişdir. Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə əhalinin say dinamikası, ərazi təşkili, təbii-coğrafi və sosial-iqtisadi şəraitin təsiri kompleks şəkildə araşdırılır.