Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası
Struktur bölmənin adı | Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsi |
Tel. | (+994 12) 5392945 |
Faks |
|
Elektron poçtu | |
Struktur bölmənin rəhbəri | Əliyev Əmir Soltan oğlu Coğrafiya elmləri doktoru, professor |
İşçilərin ümumi sayı | 5 |
Əsas fəaliyyət istiqamətləri | Xəzər dənizi səviyyəsinin dəyişmələri ilə əlaqədar sahil zonasında və dəniz şelfində baş verən dinamiki proseslərin müasir distension və kontakt metodlarla öyrənilməsi (Azərbaycan akvatoriyası daxilində) |
Əsas elmi nəticələri | Xəzər dənizi səviyyəsinin 1978 – 1996 – cı illərdə 2.5m. kəskin qalxması ilə əlaqədar sahil zonasında yerləşən inzibatı rayonlar üzrə böyük miqyaslı subasma xəritələri (107 ədəd) aerokosmik və ekspedisya məlumatları əsasında tərtib edilmişdir. Bu xəritələr əsasında Xəzərətrafı ölkələr arasında ilk dəfə olaraq Azərbayjanın dəniz sahil zonasının Subasma Atlası tərtib edilmişdir. Atlas vasitəsi ilə 11 inzibatı sahil rayonu üzrə subasma sahələri, onların yaratdığı social – iqtisadi və ekoloji neqativ proseslərin nəticələri qiymətləndirilmişdir. Xəzər dənizində və sahillərində yerləşən hidrometeoroloji stansiya və məntəqələrdə səviyyə üzrə ölçülmüş informasiyalar statistic işlənilmiş, səviyyənin orta sutkalıq, aylıq, illik və həmçinin ekstremal - maksimal və miuimal qiymətləri təyin edilmişdir. Beləliklə dəniz sahillərihdə və bilavasitə açiq dənizdə və adalarda yerləşən 48 məntəqə üzrə səviyyə qiymətləri bütün müşahidə müddətləri üzrə sistemləşdirilərək cədvəllər şəkilində hazırlanmışdir.Bu cədvəllər əsasında “Xəzər dənizində səviyyə qiymətlərinin katoloqu“ tərtib edilmişdir. Kataloqdan prakrik məqsədlər üçün “Məlumatlar haqqında Məlumat” hazirlanmışdır. |