1 oktyabr 2021-ci il tarixindən etibarən Coğrafiya İnstitutunun yeni strukturuna uyğun olaraq beynəlxalq əlaqələr üzrə fəaliyyət “İctimaiyyətlə əlaqələr” şöbəsinə həvalə edilib və adı uyğun olaraq “Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsi” adlandırılıb.
İnstitutun elmi istiqamətlərinə uyğun olaraq şöbənin əsas məqsədi xarici ölkələrin müvafiq təşkilatları ilə əlaqələrin qurulması, genişləndirilməsi və inkişafının təmin edilməsindən ibarətdir.
Elmi-tədqiqat sahəsində əməkdaşlığın aşağıda göstərilən prinsiplərinin həyata keçirilməsində şöbənin iştirakı və vəzifəsi:
- Beynəlxalq informasiyanın əldə olunması və yayılması;
- Alimlərin və elmi işçilərin xarici proqramlarda və mübadilə təlimlərində iştirakının təmin edilməsi;
- İnstitut əməkdaşlarının mübadiləsi, onların müxtəlif konfrans və simpoziumlarda iştirakı;
- Alim və mütəxəssislərin xarici həmkarlarla birgə nəşr fəaliyyəti;
- Birgə elmi tədqiqatlara əcnəbi mütəxəssislərin cəlb edilməsi üçün xarici tərəfdaşlarla əməkdaşlıq.
- Şöbə İnstitutun beynəlxalq fəaliyyət dairəsini genişləndirmək məqsədilə yeni uyğun müəssisələri arayıb tapır, onlar arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün müvafiq təkliflər və sənədlər hazırlayır, yekun sənədi olan memorandumun tərtibini və imzalanmasını həyata keçirir;
- İlin sonunda şöbənin yekun hesabatını hazırlayır.