Paleocoğrafiya 

Tel.:

(+994 12) 5393336 

Faks:

 

Elektron poçtu:

tagelena@rambler.ru

Şöbənin  rəhbəri:

c.e.d. Tağıyeva Yelena Nikolayevna  

İşçilərin ümumi sayı:

7

Əsas fəaliyyət istiqamətləri:

Şöbənin əməkdaşları Dördüncü dövrün paleocoğrafiyasına dair geniş tədqiqat işləri apararaq bu dövrün ayrı-ayrı əsrlərinin stratiqrafiyasını, heyvanlar aləmini və bitki örtüyünün bərpası nəticəsində Azərbaycanda Dördüncü dövrdə baş vermiş iqlim dəyişmələrini, bununla əlaqədar olaraq Xəzər dənizində baş verən transqressiya və  reqressiyaları, bunların iqlim dəyişmələri ilə əlaqədar olaraq Böyük və Kiçik Qafqazda Pleystosenin müxtəlif əsrlərində formalaşmış buzlaşmalara dair geniş tədqiqat işləri aparmışlar.

Bütün bunlarla yanaşı dünyanın ən qədim insan düşərgəsi olan Azıx mağarasında geniş tədqiqat işləri aparılmışdır. Müəyyən edilmişdir ki, Azıx mağarasına ilk insanın məskunlaşması 1,8 mln. il əvvəl  Abşeron (Eopleystosen) əsrində baş vermişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, mağarada insanların məskunlaşması əsasən buzlaşma əsrlərində olmuşdur. Buzlaqarası istiləşmə əsrlərində isə açıq düşərgə və çay terraslarında məskunlaşmağa üstünlük vermişlər.

Əsas elmi nəticələri:

Kompleks   tədqiqatlar əsasında Xəzər  dənizi   hövzəsinin Dördüncü dövr  çöküntülərinin  stratiqrafik şkalasının (bölgüsü) işlənib  hazırlanmış, Azərbaycanın Dördüncü dövr  çöküntülərinin  xronostratiqrafik vahidləri Şərqi Avropa, Qara dəniz və Rus düzənliyinin  stratiqrafik  vahidləri  ilə  korrelyasiya edilərək, vahid sxemə gətirilmişdir.

Azərbaycanın 1:500000  miqyaslı  Dördüncü dövrün geoloji xəritəsi və «Azərbaycanın Dördüncü dövr çöküntüləri Geologiyası» monoqrafiyası  çap edilmişdir. Bu əsər 1978-ci ildə  Respublika Dövlət Mükafatına layiq görülmüşdür.

Məşhur Azıx mağarasının və Tağlar paleocoğrafi şəraiti tədqiq olmuşdur. Azərbaycanın Son  Kaynozoyunun ilk radiometrik  şkalası işlənib hazırlanmışdır. Azərbaycanın Kaynozoy çöküntülərinin stratiqrafik şkalasına əlavələr  edilmişdir. Azərbaycanın və Xəzər dənizinin əsas neftli-qazlı çöküntü qatı olan Məhsuldar qat çöküntülərinin Alt Pliosen, Pont mərtəbəsinin isə Üst Miosen yaşlı olması müəyyən edilmişdir.

Son Pleystosendə və Holosendə Azərbaycanın paleocoğrafi problemləri ümümləşdirmiş, iqlim optimumu, göstərilən epoxalarla istiləşmə və soyuqlaşma dövrləri, Xəzər dənizinin səviyyə tərəddüdlərinin ritmliliyi aşkar edilmişdir

İki  cilddən ibarət Avrasiya şelflərinin litoloji-paleocoğrafi xəritələr atlası tərtib  olunmuş  və Londonda nəşr  olunmuşdur.

Kaynazoyun ayrı-ayrı xronoloji kəsimləri üzrə paleobitki örtüyü xəritələri tərtib olunmuşdur. Bunlardan 8 xəritə (Paleosen-Eosen, Oliqosen, Alt və Orta Sarmat, Üst Sarmat, Üst Pliosen, Güns-Mindel buzlaqlarının epoxası, Riss buzlaq epoxası, Holosen) 1:2500000 miqyasında Azərbaycanın Milli Atlası (2014) tərkibinə daxil edilmişdir.

Toplanan çoxillik tədqiqat materialları əsasında Pleystosendə Xəzər dənizinin iqlimstratiqrafik tərkib hissələrə bölünməsi onun Qara dəniz və Avropanın paleocoğrafi hadisələri ilə korrelyasiya sxemini tərtib etməyə imkan verir.