AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) 2013-cü il noyabrın 6-da təsis edilmişdir. C.ü.f.d. Ələkbərova Samirə Oqtay qızı şuranın sədri təyin olunmuşdur. 

Şuranın qarşısına qoyduğu əsas məqsəd gənclərin elmə olan marağının artırılması, müxtəlif istiqamətli təşəbbüslərinin stimullaşdırılması, elmin regionlarda təbliğ edilməsi, elmin və təhsilin vəhdəti sistemində tədbirlərin həyata keçirilməsi, multidissiplinar mövzulara həsr olunmuş yerli və beynəlxalq forum, konfrans, seminarların təşkil olunması, kütləvi informasiya vasitələrində gənclərin iştirakının təmin edilməsi, beynəlxalq əlaqələrin təşkil olunması, eləcə də dövlət əhəmiyyətli digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Eyni zamanda, Azərbaycan təbiəti haqqında məktəb şagirdlərinə daha dərin məlumat vermək, həmçinin onları müasir coğrafi informasiya sistemləri ilə tanış etmək, gələcək peşə seçimində onlara dəstək olmaq məqsədilə  orta məktəb şagird və müəllimləri üçün “Azərbaycanı tanıyaq” devizi altında silsilə seminar-məşğələlər keçirilir. Qrant layihələri çərçivəsində orta məktəb şagirdlərinə coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərindən istifadə yolları izah olunur. Beləliklə orta məktəb şagirdləri dərsi yalnız nəzəri deyil, həm də praktik olaraq öyrənirlər. Bu isə coğrafiya fənninin daha yüksək səviyyədə mənimsənilməsinə kömək edir. 

 

 

   Gənc alim və mütəxəssislər şurasının üzvləri: 

  

Ad, soyad Şöbəsi və vəzifəsi Şurada vəzifəsi
1  Gəraylı Nazim  Geoinformatika və kartoqrafiya, kiçik elmi işçi  sədr
 2  Hüseynova Məryəm  Geoinformatika və kartoqrafiya,  b. lab.  müavin
 3  Hüseynova Bəyimxanım  Demoqrafiya və əhali coğraf., kiçik elmi işçi  idarə heyətinin üzvü
 4  Mirzəyeva Zeynəb    idarə heyətinin üzvü
 5  Ağamalıyeva Günel Paleocoğrafiya, kiçik elmi işçi  
 6  Namazova Aysel İqtisadi və siyasi coğrafiya, kiçik elmi işçi  idarə heyətinin üzvü
 7 Abdullayeva Rövşanə  Ekocoğrafiya, mütəxəssis  idarə heyətinin üzvü
Rəsulzadə Vüsalə  Xəzər dənizi problemləri, laborant   idarə heyətinin üzvü
Soltanov Elvin  Geoinformatika və kartoqrafiya,mühəndic  idarə heyətinin üzvü
10 Hüseynov Rauf Torpaq ehtiyatlarının coğrafiyası, kiçik elmi işçi  şuranın üzvü
11 Bayramova Gülər Turizm və rekreasiya, b. lab.   şuranın üzvü
12 Hacıyeva Aygün Landşaftşünaslıq və land. planlaşdırılması, mütəx.   şuranın üzvü
13 Ramazanova Ülkər Coğrafi fikir tarixi, b. lab   şuranın üzvü
14 Zöhrabova Həmidəxanım Geoinformatika və kartoqrafiya, b. lab.   şuranın üzvü
15 Həsənova Dilarə Xəzərin hidrometerologiyası  şuranın üzvü