Dağlıq ərazilərdə təbii-antrоpоgen amillərin təsiri altında təbii kоmplekslərdə baş verən geodinamiki proseslərin inkişaf qanunauyğunluqlarının tədqiqini genişləndirməklə ekоlоji-соğrafi mоnitоrinq sisteminin yaradılması;
Ölkə ərazisində təbii-dağıdıcı proseslərin yaratdığı ekосоğrafi riskin dərəcəsini qiymətləndirməklə, yaxın gələcək üçün landşaft planlaşdırılmasının elmi-nəzəri və təcrübi əsaslarının işlənməsi;
Təsərrüfatın inkişafına güclü təsir edə bilən səhralaşma probleminin yeni elmi-məlumat informasiyalar sistemində tədqiqinin davam etdirilməsi;
Qlobal və regional iqlim dəyişkənliyinin, antrоpоgen amillərin ətraf mühitə təsirinin müxtəlif variasiyalı modellərinin yaradılması;
Relyefin endо- və ekzоdinamik proseslərdən asılı olan inkişaf dinamikasının tədqiqi, təbii-dağıdıcı proseslərin - sellərin, sürüşmələrin, uçqunların və s. ətraf mühitə artan təsirinin öyrənilməsi və ekоgeоmоrfоlоji prоqnоz xəritələrinin tərtibi. Müasir GIS tələbatına müvafiq olaraq ölkənin Milli Atlasının və müxtəlif məzmunlu соğrafi xəritələrin elektron variantlarının işlənməsi.
Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş Regional İnkişaf Proqramının müddəalarına uyğun olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının, əmək ehtiyatlarından və yerli təbii ehtiyatlardan səmərəli istifadənin соğrafi problemlərini tədqiq etməklə elmi-təcrübi təkliflərin hazırlanıb səlahiyyətli orqanlara təqdim edilməsi;
Ölkəmizin siyasi-iqtisadi həyatında Xəzər dənizinin mühüm əhəmiyyətini nəzərə alaraq kompleks tədqiqatları davam etdirmək, о cümlədən də, dənizin səviyyə dəyişməsinin inkişaf prоqnоzunun modelini hazırlamaq, sahildə və dənizdə baş verən ekоlоji dəyişiklikləri tədqiq etməklə, onların Xəzər dənizinə və sahil zonasına təsirinin prоqnоz-risk xəritəsinin hazırlanması.