Ekocoğrafiya
Tel.: | (+994 12) 5397729 |
Faks: |
|
Elektron poçtu: | |
Şöbənin rəhbəri: | |
İşçilərin ümumi sayı: | 8 |
Əsas fəaliyyət istiqamətləri: | Respublikanın ərazisində təbii və antropoğen trasformasiyaların səbəb və nəticələrinin elmi əsaslarlanı müyyənləşdirmək. Təbii-coğrafi mühütdə baş verən dəyişilmələrin optimallaşma yollarını, bu dəyişiklərin insan sağlamlığına təsir xüsusiyyətlərinin elmi əsaslarını hazırlamaq..; Respublika ərazisinin relyef xüsusiyyətlərinə müvafiq olaraq ondan səmərəli istifadənən elmi əsaslarını və ona müvafiq qabaqlayıcı tədbirlər planlarını hazırlamaq; Əldə edilən nəticələır əsasında müvafiq iri miqyaslı xəritələr tərtib etmək və, s. |
Əsas elmi nəticələri: | Böyük Qafqazın şimal-şərq yamacının mövcud landşaftlarının müasir ekoloji durumu, onların məruz qaldığı ayrı-ayrı təsir forma və dərəcələri müəyyənləşdirilmiş, onların təbii və antropogen təsirlər nəticəsində dəyişilmələrinin istiqamətləri öyrənilmiş, ərazidə son dövrlər aparılan infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqədar yaranmış ekoloji problemlər və onların aradan qaldırılması yollarının elmi əsasları işlənilmişdir. Buradakı alçaq və orta dağlığın ən çox məruz qaldığı təbii dəyişilmələrin arealları müəyyənləşdirilmiş, ilk dəfə olaraq buradakı bəzi sürüşmələrin sahə və kütləsi hesablanmış, eləcə də dağ-çəmən zonasının mövcud landşaft komponentlərinə müasir təbii və antropogen təsir xüsusiyyətləri müəyyənləşdirilmiş, ilk dəfə olaraq buradakı geosistemlərdə fitokütlə ehtiyatının yerüstü hissəsi, onun bioloji dövrana qoşulma şəraiti, onların gələcəkdə optimallaşdırılması üçün müvafiq elmi təkliflər hazırlanmış, ərazinin 3D formatda iri miqyaslı (1: 200.000) səthi görünüş, yamacların meyillik və mənimsənilmə (ekoloji gərginlik) xəritələri tərtib edilmişdir. Hazırda Kiçik Qafqazın şimal-şərq yamacı geosistemləri texnogen təsirlərin ekocoğrafi problemləri ilə əlaqədar olaraq Daşkəsən rayonunda Zəylik (Alunit), Gədəbəy rayonunda isə qızıl yataqlarının tullantılarının təbii-coğrafi mühitə təsir xüsusiyyətləri üzərində tədqiqat işləri aparılır. Hesabat dövründə Institutun 70 illiyi ilə əlaqədar buraxılmış “Azərbaycan Respublikasının Coğrafiyası” (3cildlik), “Naxçıvan MR Coğrafiyası” (2 cildlik) monoqrafiyalarının müvafiq bölmələri hazırlanmışdır. AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün əsas müsabiqəsinə “Bakı-Quba və Rusiya sərhədi (M-1) avtomobil yolunda nəqliyyatın intensivliyinin biosferə təsir xüsusiyyətləri” (EİF-2013-9(16)) mövzusunda qalib olduğu layihə işi müvəffəqiyyətlə yerinə yetirilmişdir. |