Geoinformatika və kartoqrafiya
Tel.: | (+99412) 5393302 |
Elektron poçtu: | |
Şöbənin rəhbəri: | |
İşçilərin ümumi sayı: | 9 |
Əsas fəaliyyət istiqamətləri: | Müxtəlif məzmunlu (fiziki-coğrafi, təbii komponentlər, əhali, iqtisadi və s.) xəritələr, ali və orta məktəblər üçün tədris xəritələrinin tərtibi, kompleks, tematik və tədris atlaslarının hazırlanması; Kartoqrafik metodlardan istifadə edtməkllə landşaft komplekslərinin generalizasiyası, dinamika və proqnozlaşdırılmasının öyrənilməsi; Böyük Qafqazın fiziki-coğrafi rayonlar üzrə geokomplekslərinin üfüqi strukturunun və landşaft müxtəlifliyinin dəyişmə tendensiyanın kartoqrafik təhlili və qiymətləndirilməsi; Kartoqrafik landşaftometriyanın və onun müxtəlif elm sahələrinin qovşağında inkişafın öyrənilməsi; ArcCİS proqramından istifadə etməklə tematik xəritələrin tərtibi; Coğrafiya İnstitutunun elektron informasiya bazasının yaradılması; |
Əsas elmi nəticələri: | -Müxtəlif məzmunlu (fiziki-coğrafi, təbii komponentlər, əhali, iqtisadi və s.) xəritələr, ali və orta məktəblər üçün tədris xəritələri tərtib olunur, kompleks tematik və tədris atlasları hazırlanıb; -Kartoqrafik metodlardan istifadə edilərək landşaft komplekslərinin generalizasiyası, dinamika və proqnozlaşdırılması öyrənilib; - Böyük Qafqazın fiziki-coğrafi rayonlar üzrə geokomplekslərinin üfüqi strukturunun və landşaft müxtəlifliyinin dəyişmə tendensiyanın kartoqrafik təhlili və qiymətləndirilməsi aparılıb; -Kartoqrafik landşaftometriya və onun müxtəlif elm sahələrinin qovşağında inkişafı öyrənilib; - ArcCİS proqramından istifadə etməklə tematik xəritələr tərtib edilib; -Professional skaner vasitəsilə müxtəlif məzmunlu və miqyaslı xəritələr skan edilmiş və Coğrafiya İnstitutunun elektron informasiya bazasına daxil edilmişdir; -Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında Azərbaycan respublikası Prezidentinin Sərəncamına (02.03.2016) əsasən bu istiqamətdə hazırlıq işləri görülür, 1:500000, 1:1500000 miqyaslarda olan əsas kartoqrafik baza xəritələr işlənilir. |