“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olacaq İyl 09, 2019 | 07:12

11 iyul, saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimat mərasimi keçiriləcək.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Coğrafiya İnstitutunun direktoru  Ramiz Məmmədov və başqaları mövzu üzrə çıxış edəcəklər.

Kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirə dəvətlidirlər.