Avrasiya Xalqları Assambleyası Dəyirmi masa keçirəcək Okt 01, 2019 | 05:42

Avrasiya Xalqları Assambleyası AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Xəzər-Avrasiya” Mərkəzinin  (Həştərxan) dəstəyi ilə Azərbaycanda Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində  “Xəzərin Avrasiya inteqrasiyasına töhfəsi: sülh, harmoniya və mehriban qonşuluq dənizi”  mövzusunda Dəyirmi masa  keçirir.

Tədbirdə beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, ekspertlər, elm və mədəniyyət xadimləri, jurnalistlər iştirak edəcəklər.

Dəyirmi masada Xəzər regionu xalqlarının Avrasiya inteqrasiyasındakı rolu və əhəmiyyəti, humanitar və mədəni qarşılıqlı əlaqələr, Xəzərdə inteqrasiya istiqamətlərini həyata keçirməyin yeni yolları və metodları kimi məsələlər müzakirə olunacaq, xarici iştirakçıların təklifləri dinləniləcəkdir.

Kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.

 Tədbirin keçirilmə vaxtı və yeri: 2 oktyabr 2019-cu il;  Bakı şəhəri, H.Cavid prospekti,115, AMEA-nın Əsas binası, 8-ci mərtəbə, akt zalı.