Şahvələd Xəlilovun 80 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək Sen 30, 2019 | 05:44

AMEA-nın Yer Elmləri Bölməsi, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2019-cu il oktyabrın 3-ü, saat 11-də AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Şahvələd Xəlilovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək.

AMEA-nın Yer elmləri bölməsinin akademik katibi, akademik Fəxrəddin Qədirov giriş sözü ilə çıxış edəcək, akademiklər Ramiz Məmmədov, Tağı Əhmədov və  c.ü.f.d. Habil Haqverdiyev coğrafiyaçı alimin həyatı, elmi, pedaqoji, ictimai-siyasi fəaliyyəti haqqında məruzələr edəcəklər.

Tədbirdə həmçinin BDU, ADPU, Kooperasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Ekologiya Nazirliyinin nümayəndələri, AMEA Yer Elmləri Bölməsinin üzvləri də iştirak edəcəklər.

 KİV-lər tədbirə dəvət olunur. 

Ünvan:  Bakı şəhəri, H.Cavid prospekti,115,AMEA-nın Əsas binası, 2-ci mərtəbə, akt zalı.