Məlumatlandırma seminarı keçiriləcək Yan 31, 2020 | 12:18

6 fevral 2020-ci il tarixində saat 10.00-da Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə məlumatlandırma seminarı keçiriləcək. Seminarda COST imkanlarından istifadə, layihələrə qoşulma, müraciətlərin hazırlanması istiqamətlərində COST Assosiasiyasının nümayəndəsi Judith Litjens tərəfindən ətraflı məlumat veriləcək.

Tədbir ingilis dilində keçiriləcək və iştirak etmək istəyənlər https://docs.google.com/forms/d/e/1FAIpQLScw3dK9EN827GggdsIdWSgmE89iP8x903k82AMZTObvpl7dVQ/viewform qeydiyyatdan keçməlidir.

 Qeydiyyat saat 09:30-da başlanacaq.  

Ünvan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası (H.Cavid pr. 129, IV mərtəbə).