Əməkdaşlarımız Almatıya ezam olunmuşlar Sen 06, 2013 | 01:08

Coğrafiya İnstitutunun  direktor əvəzi  Ramiz  Məmmədov, elmi işlər üzrə direktor müavini  Elbrus  Əlizadə və “Landşaftşunaslıq və Landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi İrina Kuçinskaya

2013-cü il, sentyabrın  9-dan 13-nədək  Qazaxıstanın Almatı şəhərində keçırıləcək Elmlər Akademiyalarının Beynəlxalq Assosasiyası (EABA) nəzdində Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şuranın və Rusiya Elmlər Akademiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurasının birgə sessiyasının işində iştirak etmək üçün dəvət olunmuşlar.

R.Məmmədov və  E.Əlizadənin “Alp-Himalay tipli dağ geosistemlərinin  təbii-dağıdıcı hadisələrin aşkara çıxarılması və xəbərdarlıq edilməsinin coğrafi əsasları“ (Azərbaycan Respublikası timsalında) mövzusunda  birgə məruzəsi konfransın proqramına daxil edilmişdir. İ.Kuçinskaya da “Böyük Qafqazda landşaft-ekoloji şəraitin dəyişməsinin dinamikası” adlı məruzə ilə çıxış edəcəkdir.