Avstriya EA mobillik proqramı təklif edir Apr 08, 2021 | 01:46

Avstriya Elmlər Akademiyası bütün sahələr üzrə müxtəlif ölkələrdən (Azərbaycan daxil olmaqla) perspektivli gənc tədqiqatçılara dəstək göstərmək məqsədilə Joint Excellence in Science and Humanities (JESH) mobillik proqramını təklif edir. Proqram PhD dərəcəsini 10 ildən yuxarı olmayan müddətdə alan gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

 Təqaüd 1-6 ay müddətində olan tədqiqatları maliyyələşdirir.

 Müraciət üçün son tarix: 20 may 2021-ci il.

 Ətraflı məlumat və müraciət üçün:

https://stipendien.oeaw.ac.at/stipendien/jesh/

 Namizədlərin siyahısı və haqqında məlumatın AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə (Lalə Bədəlova – [email protected]; 4925493) göndərilməsini xahiş edirik.

 

 AMEA RH