Doktorant və dissertantların nəzərinə! İyn 08, 2021 | 11:39

Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün  xarici dildən (ingilis, alman, fransız dilləri) imtahanlar keçirilir. İmtahanlarda iştirak etmək istəyənlər  Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaradaraq, iyulun 7-dən 13-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanlar 2021-ci il iyunun 20-dən etibarən keçiriləcək.

İxtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün imtahan vermək istəyən doktorant və dissertantlar təcili olaraq İnstitutun Təhsil şöbəsinə müraciət etməlidirlər.