İB Zəfər Gününə həsr olunmuş jurnala məqalə qəbulu elan edir Okt 25, 2021 | 02:49

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi Zəfər Gününə həsr olunmuş “Gənc Tədqiqatçıların Elmi Məqalələr Toplusu” jurnalına məqalə qəbulu elan edir.

Məqalələrin yazılmasına tələb olunan qaydalar və şərtlər:

  1. Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunur.
  2. Məqalənin adı altında müəllifin adı, soyadı, fəaliyyət göstərdiyi və ya təhsil aldığı müəssisə və email ünvanı göstərilməlidir.
  3. Məqalənin sonunda 3 dildə xülasə (məqalənin adını yazmaq şərtilə) və açar sözlər verilməlidir və hər 3 dildə yazılmış xülasələr məzmunca eyni olmalıdır.
  4. Məqalələr Word Document fayl şəklində; Arial 13 şrifti ilə, 1 intervalla yazılmalıdır.
  5. Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir. Nümunə: Axundov. A. (2003). Dil və ədəbiyyat. Bakı: Gənclik.
  6. Mətnin içində istinadlar müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməlidir. Nümunə: (Axundov, 2007: 114).
  7. Məqalə bir və ya bir neçə müəllif tərəfindən yazıla bilər.
  8. Məqalənin həcmi verilmiş qaydalar çərçivəsində minimum 3 səhifə olmalıdır.
  9. İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu nəşriyyat, il və səhifə göstərilməklə qeyd olunur.
  10. İnternet mənbəyinə istinad edilərkən veb səhifədəki materialın adı və yayımlandığı il (mötərizədə) qeyd olunmalıdır.
  11. Məqalənin plagiat olub, olmaması yoxlanılacaq və plagiat aşkarlanarsa, qəbul edilməyəcəkdir.
  12. Məqalələr e-mail vasitəsilə ([email protected]) qəbul edilir.
  13. Məqalələrin qəbulu üçün son tarix: 07.11.2021
  14. Məqalələrin nəşri pulsuzdur (toplunun qiyməti 10 AZN).

 

QEYD: Çap olunmuş elmi jurnalın “Zəfər Günü” tarixi ərəfəsində ictimaiyyətə təqdimatı keçiriləcəkdir. Arzu edənlər, iştirak edə bilər (mövcud pandemiya vəziyyətindən asılı olaraq online və ya əyani formada).