Doktorant və dissertantlar üçün xarici dil imtahanı keçiriləcək Dek 02, 2021 | 04:26

Doktorant və dissertantların nəzərinə!

Dövlət İmtahan Mərkəzi 2021-ci il dekabrın 19-da fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün xarici dil  imtahanı keçirməyi nəzərdə tutur.

İmtahanlarda iştirak etmək istəyən iddiaçılar dekabrın 13-dək onlayn qaydada qeydiyyatdan keçməlidirlər.

 

Təhsil şöbəsi