Züleyxa Eyyubovanın elmi işinin müdafiəsi keçiriləcək Apr 10, 2022 | 10:57

04 aprel saat 13:00-da Coğrafiya İnstitutunun konfrans zalında  İnstitutun Dissertasiya Şurasının İxtisaslaşdırılmış Elmi seminarında Züleyxa İftixar qızı Eyyubovanın 2508.01 Geoekologiya  ixtisasından coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Kiçik Qafqazın Şimal-Şərq yamacının texnogen dağ geosistemlərinin optimallaşdırılması yolları” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçiriləcək.