2022-ci il 11 fevral saat 14:00-da Cİ-nin konfrans zalında AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Elnarə İsmayılova 5402.01 “Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda turizm-rekreasiya ehtiyatlarının qiymətləndirilməsi” mövzusunda yazdığı dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.