İyun ayının 22-dək şöbələrin elmi-tədqiqat hesabatlarını elmi katibə təqdim etməyiniz xahiş olunur
Hesabatda aşağıdakılar öz əksini tapmalıdır:
- Şöbənin 2017-ci ilin birinci yarımilliyində elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında ümumi məlumat (məlumat dolgun olmalı, şəkil, xəritə, cədvəl, qrafiklər varsa, əlavə edilməli)
- 2017-ci ilin birinci yarımilliyində təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər haqqında
- AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramlarının icra vəziyyəti haqqında
- Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi haqqında
- Beynəlxalq əlaqələr və qrantlar haqqında məlumat (qrant layihəsinin icra müddəti, maliyyələşməsi, rəhbər və icraçıları qeyd olunmalı və görülən işlərin qısa icmalı verilməli)
- Nəşr fəaliyyəti (nəşr olunanlar və çapa verilənlər)
- İştirak etdiyiniz konfranslar, sessiyalar, seminarlar haqqında
- Elmi kadrların hazırlanması haqqında
- Təltiflər və mükafatlar haqqında
- Ezamiyyələr haqqında (şəxsin kimliyi, getdiyi yer, ezamiyyənin müddəti, məqsədi, məruzənin mövzusu (əgər edibsə)
- Ekspedisiyalar haqqında (şəxsin kimliyi, getdiyi yer, ezamiyyənin müddəti, məqsədi və nəticələri)