2022-ci il 18 may tarixində saat 11:00-da İnstitutun konfrans zalında AMEA Coğrafiya İnstitutu Elmi Şurasının növbəti iclası keçiriləcək.
İclasın gündəliyində doktorant və dissertantların attestasiyasının nəticələri, Nurəddin Kərəmovun 110 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin vəziyyəti, Şuşanın albom-xəritəsinin, eləcə də “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilində sonuncu cildinin hazırlanmasının vəziyyəti və digər məsələlər də müzakirə ediləcəkdir.