Elmi Şuranın növbəti iclası keçiriləcək May 16, 2022 | 10:57

2022-ci il 18 may tarixində saat 11:00-da İnstitutun konfrans zalında AMEA Coğrafiya İnstitutu Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın gündəliyində  doktorant və dissertantların attestasiyasının nəticələri, Nurəddin Kərəmovun  110 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi ilə bağlı  hazırlıq işlərinin vəziyyəti, Şuşanın albom-xəritəsinin, eləcə  də  “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin  rus dilində  sonuncu cildinin hazırlanmasının vəziyyəti  və digər məsələlər də müzakirə ediləcəkdir.