Coğrafiyanın müasir problemlərinə dair konfrans keçiriləcək Sen 14, 2022 | 03:21

29-30 noyabr 2022-ci il  akademim H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Konfrans zalında (8-ci mərtəbə)  “Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyasi” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Tədbir Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Azərbaycan), Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan), Tiraspol Dövlət Universitetinin (Moldova), Təbriz Universiteti (İran) təşkilatçılığı ilə baş tutacaq.