27 sentyabr saat 10.00 - da Coğrafiya İnstitutunun konfrans zalında Cİ-nin elmi seminarı keçiriləcək.
İclasda BDU-nun dissertantı və Gəncə Dövlət Universitetinin müəllimi Xudu Məmmədov “Kür hövzəsinin çay axımının idarə olunmasının hidroloji əsasları” və institutun dissertantı Rauf Amanov “Quba-Xaçmaz iqtisadi rayonunda əhalinin məskunlaşmasının öyrənilməsində CİS texnologiyalarının tətbigi” mövzularında məruzə edəcəklər.