İxtisas və fərq doktorluq imtahanları vermək istəyənlərin nəzərinə Okt 31, 2022 | 12:30

AMEA prezidentinin sərəncamı ilə doktorant və dissertantlardan doktorluq imtahanları qəbulunu təşkil etmək məqsədi ilə 21 noyabr-21 dekabr 2022-ci il tarixlərində qış imtahan sessiyası keçiriləcək.

İxtisas və fərq doktorluq imtahanları vermək istəyən doktorant və dissertantlardan 14 noyabr 2022-ci il tarixinə qədər İnstitutun “Təhsil”şöbəsinə müraciət etmələri xahiş olunur.