Prof. N.Şirinovun 100 illiyinə həsr olunmuş konfrans keçiriləcək Yan 16, 2023 | 03:03

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə  Azərbaycan Dövlət mükafatı laureatı, coğrafiya elmləri doktoru, professor Naib Şirin oğlu  Şirinovun 100 illik yubileyinə həsr olunmuş “İnsan və relyef təbii təkamülün əsas hissəsi kimi” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Konfransda müasir geomorfologiya, paleocoğrafiya, landşaft planlaşdırılması və relyef, regionların  davamlı inkişafı və sosial problemlər, Azərbaycanın təbii ehtiyat potensialından istifadə, regionların turizm və rekreasiya imkanları, torpaq, iqlim və su ehtiyatları, təbii komplekslərin ekoloji problemləri, insan və relyef amili və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

 

Tədbirin keçiriləcəyi yer və tarix:  H.Cavid pr.115, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  (AMEA-nın Əsas binası, 8-ci mərtəbə, akt zalı), 25 yanvar, saat 11.00.