Cİ-də "Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı konfrans keçiriləcək Yan 31, 2023 | 11:35

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, AR ETN-nin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə 2023-ci ilin “Heydər Əliyev ili” çərçivəsində Coğrafiya İnstitutunda 15 may 2023-cü il tarixində “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı respublika elmi-praktiki konfransı keçiriləcək.

Müasir dövrdə elm və təhsilin inkişafı zamanın tələbinə uyğun olaraq davamlı tendensiyaları sistematik şəkildə transformasiya edir, iqtisadi və sosial standartların formalaşmasında özünü göstərir. Elm və təhsilin inteqrasiyası tələbələrədə, doktorant və dissertantlarda müəyyən sahələr üzrə bilik və bacarıqlar formalaşmasına köməklik göstərir, onlara yaradıcılıq üçün zəruri olan fərdi keyfiyyətləri aşılayır. Elm və təhsildə olan yeniliklərin fundamental tədqiqatların aparılmasına və elmi nəticələrin əldə edilməsinə imkan verir.

Ümummilli Lider Heydər Əliyev elm və təhsilin müasir dünya standartları ilə təşkili və bu sahədə inkişafın təminatına daim dəstək olmuş, elm və təhsil siyasətini əsas prioritet istiqamət kimi qəbul etmiş, regionlarda elmi tədqiqat mərkəzlərinin və ali təhsil müəssisələrinin yaradılmasına köməklik göstərmişdir. 

Konfransın əsas bölmələrini aşağıdakılar əhatə edir:

  • İqlim və su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi
  • Geomorfologiya və paleocoğrafiyanın müasir problemləri
  • Landşaftlardan istifadənin müasir vəziyyəti
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri
  • Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri
  • Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi
  • Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər
  • Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri 

Qeyd: Məqalələr 5 may 2023-cü ilə qədər qəbul edilir.

Konfransda iştirak üçün müraciət edən tələbələr, doktorant və dissertantlar məqaləyə əlavə kimi elmi rəhbərin rəyini təqdim etməlidirlər. 

Materiala olan tələblər

Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)

Səhifənin formatı: А4 (210x297 mm);

Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 sm;

Çap: Times New Roman, ölçü (12 şrift);

Sətirarası interval: 1,15;

Paraqraf1.25;

Məqalənin həcmi: 5-7 səhifə;

Mətnin orijinallığı: ən azı 70%.

 

Məqalənin tərtibatı

Məqalənin içərisində mətnin yeri və quruluşu

Azərbaycan dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftləortada);
  • Müəllifin Adı Soyadı (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə);
  • Elmi dərəcə, elmi ad (kiçik hərflər, sağ tərəfdə);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə);
  • Xülasə (150 – 200 söz, şrift 11,);
  • Açar sözlər (5-7 söz, şrift 11).

 

Bir sətir aralı:

 

İngilis dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftləortada);
  • Müəllifin Adı Soyadı (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə);
  • Elmi dərəcə, elmi ad (kiçik hərflər, sağ tərəfdə);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə);
  • Xülasə (150 – 200 söz, şrift 11,);
  • Açar sözlər (5-7 söz, şrift 11). 

Bir sətir aralı:         

  • Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm);
  • Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Cavid, 2005: s. 78).

Məqalələrinizi – mövzu yerinə konfransın adını yazıb, müraciət ərizəsi ilə birlikdə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

Məqalənin  tərtib FORMASI

(nümunə): 

Məqalənin adı

Akif Səmədov

filol.üzrə fəlsəfə doktoru, dosent

Bakı Dövlət Universiteti, Azərbaycan

Email:

 

Xülasə: Mətn. Mətn. Mətn. Mətn. Mətn (min.150 söz).

Açar sözlər: Mətn. Mətn. Mətn. Mətn. Mətn (5-7 söz).

 

TITLE OF THE ARTICLE

Akif Samedov

PhD, Associate Professor

Baku State University, Azerbaijan

Email:

Abstract: text, text, text, text, text (min.150 words).

Keywords: text, text, text, text, text (5-7 words).

 

Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni (Cavid, 2005: s.78). Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni.  (Гиркин, 1998: с.123).

 

İstifadə edilmiş ədəbiyyat

  1. Məmmədov Z.S. XXI əsr: iqtisadi inkişafın nəqliyyat faktoru. Bakı: Azərnəşr, 2002, 386 s.
  2. Матанцева О.Ю. Основы экономики автомобильного транспорта. Москва: Юстицинформ, 2015, 288 с.