Coğrafiyanın müasir problemlərinə dair konfrans olacaq Sen 12, 2022 | 03:03

29-30 noyabr 2022-ci il tarixlərində akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyası” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbir Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan), Tiraspol Dövlət Universiteti (Moldova) və Təbriz Universitetinin (İran) təşkilatçılığı ilə baş tutacaq.

Konfransın əsas bölmələri aşağıdakılardır:

Müasir dövrümüzdə təbiətdən istifadə, ekosistemin və biomüxtəlifliyin qorunub saxlanılması, eləcə də davamlı sosial-iqtisadi inkişafın təminatçısı qismində elm və təhsilin sirləri durur. Bu da dünya ölkələrinin həyati maraqlarına toxunan və mövcud problemlərin həlli istiqamətində müxtəlif sahələrin mütəxəssislərini birləşdirən birgə əməkdaşlığı tələb edir. 

Siyasi, iqtisadi, sosial və mədəni irs dünya xalqlarının birliyini şərtləndirən amillər sırasına daxildir. Bu zaman sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm-rekreasiya, nəqliyyat və kommunikasiya sistemlərinin müasir səviyyədə yenidən qurulması, əhali məskunlaşması ilə yaranan problemlərin həlli yollarının araşdırılması, həmçinin təbii ehtiyat potensialının qiymətləndirilməsi, ekoloji tarazlığın bərpası, şirin su ehtiyatlarının  təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Bu zaman, elm və təhsilin inteqrasiyası bütün sahələrin potensialından səmərəli istifadə etməyə köməklik göstərir. Məhz bu baxımdan, həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi məqsədilə 29-30 noyabr 2022-ci il tarixində “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyasi” adlı beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulur.

 

Konfransın əsas bölmələrini aşağıdakılar əhatə edir lakin bunlarla məhdudlaşmır:

  • Landşaftlardan istifadənin müasir vəziyyəti   
  • İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı
  • Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri 
  • Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri
  • Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi 
  • Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər
  • Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri
  • XXI əsrin ali təhsili: reallıqlar və çağırışlar
  • Yüksəkixtisaslı  kadr hazırlığı: sinergetik və innovativ yanaşma
  • Region ali məktəblərinin inkişaf etdirilməsi yolları

 

Qeyd: Məqalələr 15 noyabr 2022-ci ilə qədər qəbul edilir. 

Konfransın materialları rəydən keçdikdən sonra müəllifin vəsaiti hesabına çap olunacaq.

MATERİALA OLAN TƏLƏBLƏR

 Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)

Səhifənin formatı: А4 (210x297 mm);

Oriyentasiya: kitab;

Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 sm;

Çap: Times New Roman, ölçü (şrift) – 12;

Sətirarası interval: 1;

Paraqraf: 1.25

Məqalənin həcmi: 5-7 səh.

Mətnin orijinallığı: ən azı 70%

MƏQALƏNİN TƏRTİBATI

 

Məqalənin içərisində mətnin yeri və quruluşu

İngilis dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
  • Müəllifin adı və soyadı (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
  • Xülasə (150 – 200 söz, şrift 11);
  • Açar sözlər  (5-7 söz, şrift 11);

 

Bir sətir aralı:

Azərbaycan dilində: 

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə,ortada, şrift 12);
  • Müəllifin S.A.A (tam)  (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
  • Xülasə (150 – 200 söz, şrift 11,);
  • Açar sözlər  (5-7 söz, şrift 11);

 

Bir sətir aralı:

Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm);

Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi  göstərilir: (Cavid, 2005: s. 78).  

Qeyd: Ödəniş yalnız məqalə çapa qəbul ediləndən sonra həyata keçirilir

Məqalələrinizi – mövzu yerinə konfransın adını yazıb, müraciət ərizəsi ilə birlikdə [email protected]  ünvanına göndərməyiniz xahiş olunur. 

MÜRACİƏT ƏRİZƏSİNİN FORMASI 

   

Müəllifin S.A.A (tam)

  

Status (elmi dərəcə, elmi ad, vəzifə; doktorant, dissertant, magistrant, bakalavr)

 

İş (təhsil) yeri

 

Əlaqə telefonu

 

E-mail:

 

Məqalənin adı:

 

Bölmənin adı:

 

 

MƏQALƏNİN TƏRTİB FORMASI

(nümunə):

 

UOT:

TITLE OF THE ARTICLE

Nargiz Samedova

PhD, Associate Professor

Baku State University, Azerbaijan

Email:

ORCİD İD: 0000-0001https://m.igaz.azhttps://m.igaz.azhttps://m.igaz.azhttps://m.igaz.az.

Abstract: text, text, text, text, text (min.150 words).

Key words: text, text, text, text, text (5-7 words).

 

UOT:

MƏQALƏNİN ADI

Səmədova Nərgiz Paşa qızı

filol.üzrə fəlsəfə doktoru, dosent

Bakı Dövlət Universiteti, Azərbaycan

Email:

ORCİD İD: 0000-0001https://m.igaz.azhttps://m.igaz.azhttps://m.igaz.azhttps://m.igaz.az.

 

Xülasə: Mətn. Mətn. Mətn. Mətn. Mətn (min.150 söz).

Açar sözlər: Mətn. Mətn. Mətn. Mətn. Mətn (5-7 söz).

Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni (Cavid, 2005: s.78). Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni.  (Гиркин, 1998: с.123).

 

İstifadə edilmiş ədəbiyyat

1.Cavid, (2005). Seçilmiş əsərləri: 5 cilddə. III c. –Bakı: Lider nəşriyyatı. – 304 s.

2.Гиркин, И. В. (1998). Новые подходы к организации учебного процесса с использованием современных компьютерных технологий. // Информационные технологии. № 6. – С. 125-144.