Şimali Qazaxıstanda beynəlxalq konfrans keçiriləcək Fev 13, 2023 | 01:56

Şimali Qazaxıstanın Manaş Kozıbayev adına Universiteti, Rusiya Federasiyasının Surqut Dövlət Pedaqoji Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə 2023-cü il 23 may tarixində p.e.n V.L.Rabinoviçin anadan olmasının 100 illiyinə həsr olunmuş “Riyaziyyat və təbiət elmlərinin aktual problemləri” adlı XI Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 Məlumat məktubu №1

 Konfransın aşağıdakı istiqamətlər üzrə keçirilməsi planlaşdırılır:  

Bölmə

e-mail

Əlaqələndirici şəxs

Contact

number

 1

Kimya sahəsində elmin və təhsilin aktual problemləri

 [email protected]

 Ostafeichuk Natalya Vladimirovna

 +77056503540

 2

Ekoloji və coğrafi tədqiqatlar

 [email protected]

Mazhitova Gulnur Zabihulaevna

 +77076313771

 3

Bioloji sistemlər tədqiqatının müasir problemləri

 [email protected]

Maltsev  Viktor Petrovich

 +79224301285

4

İnformatika elminin, riyaziyyat və fizika fənlərinin nəzəriyyə və tədrisi metodikası:

[email protected]

Markova  Agnia Georgievna

+77773248845

Konfransın işçi dilləri: qazax, rus, ingilis

Konfransın formatı canlıdır,  zoom sessiyasında məruzə ilə iştirak etmək mümkündür.

Konfransda iştirak etmək üçün ərizəni, məqalənin mətnini (əlavə olunan tələblərə uyğun formatda) təqdim etməlisiniz.

Konfransda iştirak ödənişsizdir.

Sənədlər 23 aprel 2023-cü il tarixinədək elektron formada yuxarıda göstərilən e-poçt ünvanlarına təqdim edilməlidir.

Konfransın materialları məqalələr şəklində konfrans materiallarının elektron toplusunda dərc olunacaq və elibrary.ru platformasında (RSCI) yerləşdiriləcək.

Elmi məqalənin mətni A4 formatında, 5 səhifəyə qədər, Word redaktorunda, şrift ölçüsü 12 (istinadlar siyahısı üçün, şrift ölçüsü 10), interval 1.0, şrift “Times New Roman”, səhifənin kənarları hər tərəfdən 25 mm olmalıdır. 

Dərc olunan materialların keyfiyyətini və müəllif hüquqlarına hörməti təmin etmək üçün daxil olan bütün məqalələr nəzərdən keçirilir və antiplagiat (unikallıq - ən azı 70%) üçün məcburi yoxlanılır. Konfrans materialları toplusu birbaşa surətdən çap olunacaq. Bununla əlaqədar, diqqətinizi elmi məqalələrin yuxarıda göstərilən bütün tələblərə uyğun olaraq diqqətlə redaktə edilmiş formada təqdim edilməsinin zəruriliyinə çəkirik. Tələbə və bakalavrların məqalələrinin dərcinə yalnız elmi rəhbərlə məcburi həmmüəlliflik şəraitində icazə verilir.

Göstərilən müddətdən gec təqdim edilmiş və ya tələblərə uyğun olmayan, orijinallığı 70%-dən aşağı olan materiallar nəzərə alınmır və müəlliflərə qaytarılmır.

Əlavə məlumatı və suallarınıza cavabı konfransın təşkilat komitəsinin katibindən ala bilərsiniz:

Bazarbayeva Saule Muxametkalievna, e-mail: [email protected] ;

tel.:+77714773470 (WhatsApp).

             Təşkilat Komitəsi