GDU-də Ümummilli lider Heydər Əliyevə həsr olunmuş konfrans keçiriləcək Fev 27, 2023 | 03:03

5-6 may 2023-cü il tarixlərində Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 İlliyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

İnstitutun əməkdaşları konfransda iştirak etməyə dəvət olunurlar.

 

Konfransa aşağıdakı elmi istiqamətlər üzrə məqalə və tezislər qəbul edilir:

 

• Ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu

• Müasir kimyanın aktual problemləri;

• Müasir biologiyanın aktual problemləri;

• Müasir iqtisad elmlərinin aktual problemləri •

• Müasir fizikanın aktual problemləri

• Yaşıl iqtisadiyyat: imkanlar və çətinliklər


Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada 31 mart 2023-cü ildən gec

olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: [email protected]

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son tarix                                                      31 mart 2023- cü il;

Çap olunmuş məqalələr məcmuəsinin paylanması                                        05 may 2023-cü il;

Konfransın təntənəli açılış mərasimi                                                             05 may 2023- cü il;

Bölmə iclasları                                                                                               05-06 may 2023-cü il;

Konfransın bağlanış mərasimi                                                                       06 may 2023-cü il.

 


FORMA 1. Məqalənin tərtibi qaydaları

1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

3. Xülasə: Azərbaycan, rus, ingilis dili.

4. Konfransa problem xarakterli məqalələr qəbul olunur.

5. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə,-mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].

 

Materialların strukturu:

1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;

2. Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;

3. Təşkilat və şəhərin adı-adi şriftlə;

4. Hər bir müəllifin adma bir məqalə olmalıdır.

 

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.

E-mail: [email protected], (+99422) 266 01 88.