Hesabatların hazırlanmasına dair metodik təlimat Okt 30, 2017 | 01:37

 Hesabatda aşağıdakılar öz əksini tapmalıdır: 

  1. 2017-ci ilin elmi tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında ümumi məlumat və alınmış mühüm nəticələr;
  2. 2017-ci ildə tətbiq olunmuş elmi nəticələr;
  3. 2017-ci ildə təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər;
  4. AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramlarının icra vəziyyəti;
  5. beynəlxalq əlaqələr və qrantlar haqqında məlumat (layihənin adı, rəhbəri, icraçıları, icra müddəti, smetası və görülən işlər ətraflı qeyd olunmalıdır);        
  6. nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə və İmpakt Faktorlu jurnallarda çap olunmuş məqalələr, elmi işçilərin əsərlərinə olan isnadlar (!), alınmış patentlər haqqında məlumat;
  7. iştirak etdiyiniz konfranslar, sessiyalar və seminarlar haqqında məlumat;
  8. elmi kadrların hazırlanması;
  9. təltiflər və mükafatlar haqqında məlumat.