Coğrafiya İnstitutu ilə İtaliya Milli Tədqiqat Şurası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən 17-19 may 2023-cü il tarixlərində ödənişsiz olaraq coğrafi informasiya sistemləri üzrə təlimlər keçiriləcək.
“Məsafədən zondlama: ətraf mühitin monitorinqi üçün peyk müşahidə mənbələri" mövzusunda təşkil olunan dərslər italiyalı professor Gian Luigi Liberti tərəfindən, ingilis dilində aparılacaq. Təlimlər peyk müşahidəsinin xarakteri (radiasiya prosesləri), peyk təsvirlərindən məlumatların çıxarılması və emalı, ümumi inversiya üsulları, validasiya prosesləri, məhdudiyyətlər və qeyri-müəyyənliklər, Kopernikus məlumat bazası, ESA/SNAP proqram təminatları kimi mövzulara həsr edilir.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.
İştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını doldurmalıdır. 10 may qeydiyyat üçün son tarixdir.