CİS üzrə 3 günlük təlimlər olacaq May 04, 2023 | 02:52

Coğrafiya İnstitutu ilə İtaliya Milli Tədqiqat Şurası arasında bağlanmış  əməkdaşlıq müqaviləsinə əsasən 17-19 may 2023-cü il tarixlərində ödənişsiz olaraq  coğrafi informasiya sistemləri  üzrə təlimlər keçiriləcək.

“Məsafədən zondlama: ətraf mühitin monitorinqi üçün peyk  müşahidə mənbələri" mövzusunda təşkil olunan dərslər italiyalı professor Gian Luigi Liberti tərəfindən, ingilis dilində  aparılacaq.  Təlimlər peyk müşahidəsinin xarakteri (radiasiya prosesləri), peyk təsvirlərindən məlumatların çıxarılması və emalı, ümumi inversiya üsulları, validasiya prosesləri, məhdudiyyətlər və qeyri-müəyyənliklər, Kopernikus məlumat bazası, ESA/SNAP proqram təminatları kimi mövzulara həsr edilir. 

Təlimin sonunda  iştirakçılara sertifikat təqdim ediləcək.

İştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını doldurmalıdır. 10 may qeydiyyat üçün son tarixdir.