“Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək Okt 05, 2023 | 03:03


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Azərbaycan)
Azərbaycan Coğrafiya Cəmiyyəti (Azərbaycan)
Azərbaycan Turizm və Menecment Universiteti (Azərbaycan)
Bursa Uludağ Universiteti (Türkiyə)
Qırğızıstan Təhsil Akademiyası (Qırğızıstan)
Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan)
Tiraspol Dövlət Universiteti (Moldova)
Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası (Rusiya)
Dağıstan Dövlət Texniki Universiteti (Rusiya)


Müasir dövrümüzdə təbiətdən istifadə, ekosistemin və biomüxtəlifliyin qorunub saxlanılması, eləcə də davamlı sosial-iqtisadi inkişafın təminatçısı qismində elm və təhsilin sirləri durur. Bu da dünya ölkələrinin həyati maraqlarına toxunan və mövcud problemlərin həlli istiqamətində müxtəlif sahələrin mütəxəssislərini birləşdirən birgə əməkdaşlığı tələb edir.
Siyasi, iqtisadi, sosial və mədəni irs dünya xalqlarının birliyini şərtləndirən amillər sırasına daxildir. Bu zaman sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm-rekreasiya, nəqliyyat və kommunikasiya sistemlərinin müasir səviyyədə yenidən qurulması, əhali məskunlaşması ilə yaranan problemlərin həlli yollarının araşdırılması, həmçinin təbii ehtiyat potensialının qiymətləndirilməsi, ekoloji tarazlığın bərpası, şirin su ehtiyatlarının təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Bu zaman, elm və təhsilin inteqrasiyası bütün sahələrin potensialından səmərəli istifadə etməyə köməklik göstərir. Məhz bu baxımdan, həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi məqsədilə 22-23 noyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı II beynəlxalq elmi-praktiki konfransın keçirilməsini nəzərdə tutur.


Konfransın əsas bölmələri aşağıdakılardır:
➢ Landşaftlardan istifadənin müasir vəziyyəti
➢ İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
➢ Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi
➢ Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
➢ İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı
➢ Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri
➢ Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri
➢ Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi
➢ Mədəni-irs turizminin potensial imkanları
➢ Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
➢ Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər
➢ Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri


Qeyd: Məqalələr 12 noyabr 2023-cü ilə qədər qəbul edilir. Konfransın materialları rəydən keçdikdən sonra müəllifin vəsaiti hesabına çap olunacaq. E-mail: [email protected]


MATERİALA OLAN TƏLƏBLƏR


Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)
Səhifənin formatı: А4 (210x297 мм);
Oriyentasiya: kitab;
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см;
Çap: Times New Roman, ölçü (şrift) – 12;
Sətirarası interval: 1;
Paraqraf: 1.25
Məqalənin həcmi: 5-7 səh.
Mətnin orijinallığı: ən azı 70%


MƏQALƏNİN TƏRTİBATI


Məqalənin içərisində mətnin yeri və quruluşu
İngilis dilində:
✓ Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
✓ Müəllifin adı və soyadı (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
✓ Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
✓ İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
✓ Xülasə (150 – 200 söz, şrift 11);
✓ Açar sözlər (5-7 söz, şrift 11);
Bir sətir aralı:


Azərbaycan dilində:
✓ Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə,ortada, şrift 12);
✓ Müəllifin S.A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
✓ Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
✓ İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
✓ Xülasə (150 – 200 söz, şrift 11,);
✓ Açar sözlər (5-7 söz, şrift 11);
Bir sətir aralı:
✓ Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm);
✓ Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Cavid, 2005: s. 78).
Qeyd: Ödəniş yalnız məqalə çapa qəbul ediləndən sonra həyata keçirilir.
Məqalələrinizi – mövzu yerinə konfransın adını yazıb, müraciət ərizəsi ilə birlikdə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.


MÜRACİƏT ƏRİZƏSİ FORMASI

Müəllifin S.A.A (tam)  
Status (elmi dərəcə, elmi ad, vəzifə; doktorant, dissertant, magistrant, bakalavr)  
İş (təhsil) yeri  
Əlaqə telefonu  
E-mail  
Məqalənin adı  
Bölmənin adı  


MƏQALƏNİN TƏRTİB FORMASI

(nümunə):


TITLE OF THE ARTICLE
Nargiz Samedova
PhD, Associate Professor
Baku State University, Azerbaijan
Email: [email protected]
ORCİD İD: 0000-0001https://m.igaz.azhttps://m.igaz.azhttps://m.igaz.azhttps://m.igaz.az.


Abstract: text, text, text, text, text (min.150 words).
Key words: text, text, text, text, text (5-7 words).


MƏQALƏNİN ADI


Səmədova Nərgiz Paşa qızı
filol.üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti, Azərbaycan
Email: [email protected]
ORCİD İD: 0000-0001https://m.igaz.azhttps://m.igaz.azhttps://m.igaz.azhttps://m.igaz.az.

Xülasə: Mətn. Mətn. Mətn. Mətn. Mətn (min.150 söz).
Açar sözlər: Mətn. Mətn. Mətn. Mətn. Mətn (5-7 söz).


Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni (Cavid, 2005: s.78). Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. (Гиркин, 1998: с.123).


İstifadə edilmiş ədəbiyyat


1. Hüseynov, Z.H. Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri – Bakı: Zəfər, 2021. – 304 s.
2. Гиркин, И.В. Новые подходы к организации учебного процесса с использованием современных компьютерных технологий. // – Москва: Информационные технологии. – 2022. № 6. – с. 125-144.