“Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda konfrans keçiriləcək. Okt 05, 2023 | 03:03

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

MƏLUMAT MƏKTUBU

Hörmətli həmkarlar I

Sizi, 22 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Unversitetində “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda keçiriləcək Beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, Rus, İngilis və Türk

Tezislərin tərtibinə qoyulan tələblər:

  1. Tezislər Times New Roman 12 şriftlə, 11ntervalla yazılmalıdır;
  2. Tezis mətni 1-2 səhifə aralığında olmalı və konfransın adına uyğun tərtib edilməlidir;
  3. Tezisin mətni Azərbaycan, Rus, ingilis və Türk dillərində verilə bilər;
  4. Tezisdə müəllifin soyadı, adı, elmi adı, elmi dərəcəsi, aid olduğu müəssisə və e- mail ünvanı göstərilməlidir;
  5. Elmi dərəcəsi olmayan müəlliflər üçün təsdiqli rəy tələb olunur;
  6. Magistrantlar tezislərini elmi rəhbərləri ilə birgə təqdim etməlidir;
  7. Tezis müəlliflərinin ən azı biri konfransda iştirak etməlidir;
  8. Tezisdəki orfoqrafik səhvlər üçün müəllif məsuliyyət daşımaqdadır;
  9. Konfrans üçün tezislər 1 dekabr 2023-cü il tarixinədək qəbul ediləcəkdir;
  10. Hazırlanan tezislər [email protected] elektron ünvanında qəbul olunur.

  

Konfransın Təşkilat Komitəsinin ünvanı:

Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı 50.

e-mail: [email protected]