Coğrafiyanin müasir problemləri mövzusunda beynəlxalq konfrans keçiriləcək Noy 21, 2023 | 01:27

              22-23 noyabr tarixində AR Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyasi” adlı II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

Tədbirin təşkilatçıları:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi;

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu;

Azərbaycan Coğrafiya Cəmiyyəti;

Bursa Uludağ Universiteti (Türkiyə);

Qırğızıstan Təhsil Akademiyası;

Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan);

Tiraspol Dövlət Universiteti (Moldova);

Dağıstan Dövlət Texniki Universiteti (Rusiya).

 

Konfransda coğrafiyanın müasir problemləri - su ehtiyatlarından istifadə,  kənd təsərrüfatının ərazi təşkili, hidrometeoroloji problemlər, Xəzər dənizinin səviyyə problemləri, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlər, iqlim, toponimika, demoqrafiya, landşaft planlaşdırılması, torpaqlardan səmərəli istifadə, turizm və rekreasiya, coğrafiyanın tədrisi, ekologiya və s. bu kimi  məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

 

Konfrans saat 10:00-da, AMEA-nın Əsas binasında, 2-ci mərtəbədə yerləşən Kiçik zalda keçiriləcək.

Ünvan: Bakı ş., Hüseyin Cavid pr. 115.

Kütləvi informasiya vasitələrinin nümayəndələrini tədbirə dəvət edirik.