Mirnuh İsmayılovun elmi işi şöbə iclasında müzakirə ediləcək. Yan 29, 2024 | 03:03

31 yanvar saat 11:00-da Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması,  Geomorfologiya və təbii risklər və Paleocoğrafiya şöbəsinin birləşmiş birgə iclasında şöbə müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılovun 5408.01 “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Dağarası düzənlik geosistemlərinin inkişafı, struktur funksionsl xüsusiyyətləri və idarə olunması” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.