Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir. Müraciət edənlərin böyük bir qismi proqram rəhbəri vəzifəsi üçün vakansiyada müəyyən edilən tələblərə uyğun olmayan şəxslər tərəfindən edilmişdir. Vakansiya üzrə tələb olunan sənədləri tam və tələb olunan formada təqdim etməyən şəxslərə münasibətdə isə onlara bu barədə müvafiq sorğular göndərilmişdir.
Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin mart ayının 15-dək qəbulunun davam edəcəyini nəzərə alaraq vakansiyada müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələrini və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.
Bir daha diqqətinizə çatdırırıq ki, yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaqdır.