“COP29”-a dair beynəlxalq elmi-praktiki konfrans keçiriləcək Mart 18, 2024 | 03:14

                                                                                          

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Azərbaycan)

Azərbaycan Coğrafiya Cəmiyyəti (Azərbaycan) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı (Azərbaycan)

Azərbaycan Turizm və Menecment Universiteti (Azərbaycan) Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti (Qazaxıstan) Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu (Qazaxıstan)

Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası (Rusiya) Dağıstan Dövlət Texniki Universiteti (Rusiya) 

Müasir iqlim dəyişmələrinin öyrənilməsi mühüm elmi vəzifə kimi hər bir tədqiqatçının qarşıda durur. Bu istiqamətdə son zamanlar geniş elmi-tədqiqar işləri aparılır, bakalavr, magistr və doktorantlar dissertasiya işləri yazır. Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi də nəzərdə tutulub. Bunları nəzərə alaraq, məlumatları ümumiləşdirmək, baş verən iqlim dəyişmələrinin öyrənilməsinə tövhə vermək üçün 05-06 iyun 2024-cü ildə “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulub. 

Konfransın əsas bölmələri aşağıdakılardır:

  • Landşaftlardan istifadənin müasir vəziyyəti
  • İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı
  • Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri
  • Demoqrafik inkişafın    regional    xüsusiyyətləri,    şəhər    və    kənd    məskunlaşmasının perspektivləri
  • Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi
  • Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri  

Qeyd: Məqalələr 15 may 2024-cü ilə qədər qəbul edilir. Konfransın materialları rəydən keçdikdən sonra çap olunacaq. E-mail: [email protected]

 MATERİALA OLAN TƏLƏBLƏR 

Mətnin formatı: Microsoft Word (doc, docx)

Səhifənin formatı: А4

Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см Çap: Times New Roman, ölçü (şrift) 12 Sətirarası interval: 1

Paraqraf: 1

Məqalənin həcmi: 5-7 səh.

Mətnin orijinallığı: ən azı 70%

MƏQALƏNİN TƏRTİBATI 

Məqalənin içərisində mətnin yeri və quruluşu 

İngilis dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
  • Müəllifin A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 12);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 12);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 12);
  • Xülasə (100-150 söz, şrift 12);
  • Açar sözlər (5-7 söz, şrift 12); Bir sətir aralı:

Azərbaycan dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə,ortada, şrift 12);
  • Müəllifin A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 12);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 12);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 12);
  • Xülasə (150 – 200 söz, şrift 12);
  • Açar sözlər (5-7 söz, şrift 12); Bir sətir aralı:
  • Məqalənin əsas mətni verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1 sm);
  • Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Əhmədov, 2005: 78). 

Məqalələrinizi – mövzu yerinə Ad və Soyadınızı yazıb [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

MƏQALƏNİN TƏRTİB FORMASI

(nümunə):  

TITLE OF THE ARTICLE 

Nazim P. Huseynov

PhD, Associate Professor Baku State University, Azerbaijan

[email protected] 

Abstract: min.100 words.

Key words: 5-7 words.

MƏQALƏNİN ADI 

Nazim Paşa oğlu Hüseynov filol.üzrə fəlsəfə doktoru, dosent Bakı Dövlət Universiteti, Azərbaycan

[email protected]

Xülasə: min.100 söz.

Açar sözlər: 5-7 söz. 

Giriş

Təhlil və müzakirə. (Əhmədov, 2005: s. 78).

Nəticə.

 

İstifadə edilmiş ədəbiyyat

  1. Hüseynov, Z.H. Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri – Bakı: Zəfər, – – 304 s.
  2. Гиркин, И.В. Новые подходы к организации учебного процесса с использованием современных компьютерных технологий. // – Москва: Информационные технологии. – № 6. – с. 125-144.
  3. Williamson, J.G. Regional Inequality and the Process of National Development // – Chicago: Economic Development and Cultural – 1965. No 13(4), – p. 1-84.

Konfrans materiallarına dair tələblər