Elmi Seminarın növbəti iclası keçiriləcək İyn 04, 2024 | 02:10

07 iyun saat 1100 -da Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi Seminarı keçiriləcək.  İclasın gündəliyində “Paleocoğrafiya” şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin “Axtarışlar, həqiqətlər və ehtimallar” adlı kitabının təqdimatı və 70 illik yubileyi qeyd ediləcəkdir.