Zaur İmraninin elmi işi şöbələrin birləşmiş birgə elmi iclasında müzakirə ediləcək Apr 01, 2024 | 02:10

02 aprel saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun  Turizm və rekreasiya coğrafiyası, Azərbaycanının iqtisadi və siyasi coğrafiyası və Demoqrafiya və əhali coğrafiyası şöbələrinin birləşmiş birgə elmi iclasında icraçı direktor, dosent Zaur İmraninin 5401.01 “İqtisadi coğrafiya” ixtisası üzrə coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda istehsal sahələrinə investisiya qoyuluşu və dayanıqlı inkişafın regional iqtisadi-coğrafi modelinin yaradılması” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçiriləcək.