“Daxili su hövzələri  problemlərinin - Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda Beynəlxalq konfrans olacaq Fev 07, 2018 | 02:38

 Beynəlxalq İslam Ölkələri Elm və Okeanografik Texnologiya Şəbəkəsi (Inter-Islamic Science and Technology Network on Oceanography) və Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun  birgə təşkilatçılığı ilə 12-14 may 2018-ci il tarixində  Bakı şəhərində "Daxili Su Hövzələrinin Problemlərinin: Xəzər Dənizi Hövzəsinin Tematik Öyrənilməsi" mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

 Konfrans “İqlim dəyişmələrinin təsiri ilə Holosen dövründən indiyə kimi Xəzər Dənizi Səviyyə Tərəddüdlərinin Dəyişmə Dinamikası: Regionun Ekologiyasına və İqtisadi-Sosial Vəziyyətinə Təsiri” mövzusunda beynəlxalq  layihənin başlanğıc mərhələsidir və Xəzər dənizi, Aral dənizi, Urmiya və Van göllərinin öyrənilməsində beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə çox böyük önəm daşıyır.

 Konfransın Mövzuları:

 İqlim dəyişmələrinin səviyyə tərəddüdlərinə, bio-resurslara, bio-müxtəlifliyə, dənizin invaziv növlərinə təsiri, ekologiya və ərzaq şəbəkəsi: indiki zaman və gələcək.

  1. Hövzənin iqlim və hidrometeoroloji xüsusiyyətləri.
  2. Beynəlxalq əməkdaşlıq, sosial-iqtisadı inkişaf, sənaye və enerji-ərzaq, Xəzər dənizi regionunda su-ekosistemləri ilə əlaqə və balıqçılıq.
  3. Xəzər dənizi suyunun fiziki və kimyəvi xarakteristikaları.
  4. Geologiya, Geomorfologiya və Paleocografiya.
  5. Dəniz geofizikası, seysmologiya, seysmoloji təhlükənin qiymətləndirilməsi.
  6. Müasir iqlim trendlərinin tədqiqində Məsafədən Zondlama və CİS-in tədbiqi.
  7. Xəzər dənizi regionunun arxeologiyası və paleoarxeologiyası.
  8. Xəzər dənizi regionunun davamlı inkişafı, təhlükə və risklər.
  9. Çoxsaylı faktorların təsiri altında həssas Xəzər dənizi ekosisteminin vəziyyəti.

 Keçiriləcək yer: Azərbaycan Respublikası. Bakı şəh. Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu.

Əsas tarixlər:  2018-ci il martın 15-dək  konfransda əyani iştirakın təsdiqi və məqalələrin təqdim edilməsi. Məqalələrin tərtibi qaydaları ilə daha ətraflı buradan (http://www.upcm2018.org/abstract-submission.html ) məlumat ala bilərsiniz.

İştirak qaydalarını buradan : (http://www.upcm2018.org/index.html)  əldə etmək olar.

 Konfransın dili: ingilis dili

Konfransdan seçilmiş məqalələrin reytingli jurnallarda çapı nəzərdə tutulub. 

         Konfransda iştirak üçün məqalələrinizi mümkün qədər tez aşağıdakı elektron ünvanlara yollamanız xahiş olunur.

Azərbaycan vətəndaşları üçün: Səfərov Elnur Səid oğluna; [email protected]

Xarici ölkə vətəndaşları üçün:  Mustafa Ergün; [email protected]

                                                        Harun Güçlüsoy [email protected]

  

Hörmətlə, 

Konfransın Təşkilatı Komitəsinin sədri,

akademik Ramiz Mahmud oğlu Məmmədov