13 fevral saat 1100 -da Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi Seminarı keçiriləcək. İclasda İnstitut əməkdaşlarının akkreditasiyası məsələsi, Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar məsələ, aparıcı elmi işçi dosent Səidə Zeynalovanın İnstitutun elmi katibi vəzifəsinə təsdiqi, “Füzuli rayonunun coğrafiyası” kitabının hazırlıq vəziyyəti və digər məsələlər müzakirə ediləcək.