İftixar Əyyubovun dissertasiya işi müzakirə olunacaq Fev 25, 2025 | 02:10

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında ETSN-in keçmiş Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun doktorantı İftixar Adil oğlu Əyyubovun  5406.01- Hidrologiya  ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “Oğuz-Qəbələ zonasında səth və yeraltı suların qarşılıqlı təsirinin tədqiqi” mövzusunda dissertasiya işi müzakirə olunacaq.