14–15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universiteti-də “Elmi inkişaf: uğurlar və çağırışlar” mövzusunda Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı təşkil olunacaqdır.
Konfransın əsas məqsədi elmi fikir mübadiləsinin aparılması, müasir tədqiqat nəticələrinin müzakirəsi və gənc tədqiqatçılar arasında yeni elmi əməkdaşlıq əlaqələrinin formalaşdırılmasına şərait yaratmaqdır. Elmin bütün sahələrini əhatə edəcək konfrans çərçivəsində iştirakçılar nəzəri və praktiki istiqamətlər üzrə müzakirələr aparacaq, elmi yeniliklərini və təcrübələrini bölüşəcəklər.
Konfransda orijinal elmi tədqiqatlara üstünlük veriləcəkdir. Təqdim olunan xülasə və tam məqalələr müvafiq ekspertiza mərhələsindən keçəcək, rəyçilərin müsbət rəyindən sonra konfrans materialları toplusunda nəşr olunacaqdır.
Tədbir ənənəvi (əyani) və onlayn formatda keçiriləcəkdir.
Konfrans haqqında ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə etmək mümkündür.
Əlaqə şəxs: Çapay Quliyev
Tel: 051 325 11 11
Doktorant və gənc tədqiqatçı əməkdaşlarımızı konfransda fəal iştiraka dəvət edirik.