Hörmətli elm və ali təhsil müəssisələrinin rəhbərləri, Avg 06, 2026 | 01:34

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən bildiririk ki, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hər il təşkil olunan "Mohammed bin Rashid Al Maktoum" Qlobal Su Mükafatının beşinci dövrü elan olunmuşdur.

Sözügedən mükafat bərpa olunan enerji mənbələrindən istifadə etməklə təmiz içməli suyun istehsalı, duzsuzlaşdırılması, saxlanılması, paylanması və monitorinqi sahələrində innovativ texnologiyaların və layihələrin təşviqinə, habelə qlobal miqyasda su çatışmazlığının aradan qaldırılmasına yönəlmiş həllərin dəstəklənməsinə xidmət edir Mükafat fondunun ümumi məbləği 1 (bir) milyon ABŞ dollarıdır və müraciətlərin qəbulu üçün son tarix 30 sentyabr 2026-cı il müəyyən edilmişdir
Yuxarıda qeyd olunanları nəzərə alaraq, rəhbərlik etdiyiniz müəssisədə potensial layihələr mövcud olduğu təqdirdə sözügedən müsabiqədə iştirak imkanlarının nəzərdən keçirilməsi xahiş olunur.
Qeydiyyat üçün keçid: https://www.mbrwateraward.ae/en/awards