“Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda V Beynəlxalq Elmi Konfrans keçiriləcək Okt 15, 2026 | 09:57

3-5 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda V Beynəlxalq Elmi Konfrans keçiriləcək.Konfrans Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutu və Qazi Universitetinin əsas təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Pakistanın Pəncab Universiteti, Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Rusiyanın Nijnevartovsk Dövlət Universiteti və Almaniyanın Justus-Libiq Gissen Universitetinin tərəfdaşlığı ilə təşkil olunur.

Hibrid formatda — əyani və onlayn keçiriləcək konfransın məqsədi müasir coğrafi, ekoloji, demoqrafik, aqrar, təhsil və regional inkişaf problemləri üzrə elmi biliklərin, innovativ ideyaların, metodoloji yanaşmaların və tədqiqat nəticələrinin mübadiləsi üçün beynəlxalq və fənlərarası platforma yaratmaqdır. Tədbir, həmçinin elm və təhsilin inteqrasiyasının təşviqinə, ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə, elmi nəticələrin praktik tətbiqinin dəstəklənməsinə xidmət edir.

Konfransın əsas elmi istiqamətləri:

  • Fiziki coğrafiya və yer səthində gedən proseslər;
  • İqlim dəyişmələri, ekoloji problemlər və davamlı inkişaf;
  • Təbii və texnogen təhlükələr, fəlakət riskləri və ərazi dayanıqlığı;
  • Əhali coğrafiyası, demoqrafik proseslər və məskunlaşma;
  • İctimai, iqtisadi, sosial və siyasi coğrafiya;
  • Kənd təsərrüfatı, ərzaq sistemləri və dayanıqlı kənd inkişafı;
  • Torpaqşünaslıq, torpaq ehtiyatları və dayanıqlı torpaq idarəçiliyi;
  • Aqrar innovasiyalar, biotexnologiyalar və rəqəmsal kənd təsərrüfatı;
  • Su ehtiyatları, hidrologiya və kənd təsərrüfatında su idarəçiliyi;
  • Geoməkan texnologiyaları, kartoqrafiya və məkan təhlili;
  • Turizm, rekreasiya, mədəni landşaftlar və məkan planlaşdırılması;
  • Xəzər dənizi və regional ekoloji tədqiqatlar;
  • Coğrafiya və aqrar elmlərdə elm və təhsilin inteqrasiyası;
  • İnnovativ təhsil texnologiyaları və rəqəmsal transformasiya;
  • Fənlərarası tədqiqatlar, elm–cəmiyyət əməkdaşlığı və yeni elmi istiqamətlər.

Məqalələrin qəbulu və nəşri

       Konfransda iştirak etmək istəyən müəlliflərin məqalələri 25 oktyabr 2026-cı il tarixinədək qəbul ediləcək. Təqdim olunan məqalələr plagiat yoxlanışından keçiriləcək, qəbul edilən məqalələr isə konfransın rəsmi materialları toplusunda dərc olunacaq.

Hər bir məqaləyə beynəlxalq DOI (Digital Object Identifier), konfrans materialları toplusuna isə ISBN veriləcək. Toplu elektron formada yayımlanacaq və məqalələrin Google Scholar-da indekslənməsi nəzərdə tutulur.

   Yüksək elmi keyfiyyətə malik seçilmiş məqalələr beynəlxalq indeksli elmi jurnallarda dərc olunmaq üçün tövsiyə ediləcək. Bu məqalələrin müvafiq jurnalların elmi istiqamətlərinə, müəllif qaydalarına və redaksiya tələblərinə uyğun olaraq yenidən işlənməsi, genişləndirilməsi və ya formatlaşdırılması tələb oluna bilər. Tövsiyə olunan məqalələr jurnalların müəyyən etdiyi qaydalar əsasında redaksiya baxışından və elmi rəy prosesindən keçiriləcək.

Konfrans haqqında ətraflı məlumat:

  • Tarix: 3–5 noyabr 2026-cı il
  • Keçirilmə yeri: Bakı, Azərbaycan
  • İştirak formatı: Hibrid (əyani və onlayn)
  • İşçi dillər: Azərbaycan, ingilis, türk və rus dilləri
  • Məqalələrin qəbulu üçün son tarix: 25 oktyabr 2026-cı il
  • Məqalələrin göndərilməsi üçün elektron poçt: [email protected]
  • Ətraflı məlumat: www.geo.edu.az
  • Əlaqə telefonu: +994 51 799 43 99

Məqalələr göndərilərkən elektron məktubun mövzu hissəsində konfransın adı qeyd edilməlidir. İştirak, nəşr və digər təşkilati şərtlər məqalənin qəbul edilməsi barədə rəsmi bildirişlə birlikdə müəlliflərə təqdim olunacaq.

Alimləri, tədqiqatçıları, ali təhsil müəssisələrinin müəllimlərini, təhsil mütəxəssislərini, doktorantları, dissertantları, magistrantları, gənc tədqiqatçıları, dövlət qurumlarının nümayəndələrini və praktik mütəxəssisləri beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutu və Qazi Universitetinin əsas təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Pəncab Universiteti (Pakistan), İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Nijnevartovsk Dövlət Universiteti (Rusiya) və Justus-Libiq Gissen Universitetinin (Almaniya) tərəfdaşlığı ilə 3–5 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı V Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.

Konfrans hibrid formatda — əyani və onlayn təşkil olunacaqdır.

Konfransın məqsədi müasir coğrafi, ekoloji, demoqrafik, aqrar, təhsil və regional inkişaf problemlərinə dair elmi biliklərin, innovativ ideyaların, metodoloji yanaşmaların və tədqiqat nəticələrinin mübadiləsi üçün beynəlxalq və fənlərarası platforma yaratmaqdır. Konfrans, həmçinin elm və təhsilin inteqrasiyasını təşviq etməyə, ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığı gücləndirməyə və elmi nəticələrin praktik tətbiqini dəstəkləməyə yönəlmişdir.

Konfransın əsas elmi istiqamətləri:

  • fiziki coğrafiya və yer səthində gedən proseslər;
    • iqlim dəyişmələri, ekoloji problemlər və davamlı inkişaf;
    • təbii və texnogen təhlükələr, fəlakət riskləri və ərazi dayanıqlığı;
    • əhali coğrafiyası, demoqrafik proseslər və məskunlaşma;
    • ictimai, iqtisadi, sosial və siyasi coğrafiya;
    • kənd təsərrüfatı, ərzaq sistemləri və dayanıqlı kənd inkişafı;
    • torpaqşünaslıq, torpaq ehtiyatları və dayanıqlı torpaq idarəçiliyi;
    • aqrar innovasiyalar, biotexnologiyalar və rəqəmsal kənd təsərrüfatı;
    • su ehtiyatları, hidrologiya və kənd təsərrüfatında su idarəçiliyi;
    • geoməkan texnologiyaları, kartoqrafiya və məkan təhlili;
    • turizm, rekreasiya, mədəni landşaftlar və məkan planlaşdırılması;
    • Xəzər dənizi və regional ekoloji tədqiqatlar;
    • coğrafiya və aqrar elmlərdə elm və təhsilin inteqrasiyası;
    • innovativ təhsil texnologiyaları və rəqəmsal transformasiya;
    • fənlərarası tədqiqatlar, elm–cəmiyyət əməkdaşlığı və yeni elmi istiqamətlər.

Məqalələrin qəbulu və nəşri

Məqalələr 25 oktyabr 2026-cı il tarixinədək qəbul ediləcəkdir. Təqdim olunan bütün məqalələr plaqiat yoxlanışı prosesindən keçiriləcək, qəbul edilmiş məqalələr isə konfransın rəsmi materialları toplusunda dərc olunacaqdır.

Dərc edilən hər bir məqaləyə beynəlxalq DOI (Digital Object Identifier), konfrans materialları toplusuna isə ISBN veriləcəkdir. Toplu elektron formada yayımlanacaq və məqalələrin Google Scholar-da indekslənməsi təmin ediləcəkdir.

Yüksək elmi keyfiyyətə malik seçilmiş məqalələr beynəlxalq indeksli elmi jurnallarda dərc olunmaq üçün tövsiyə ediləcəkdir. Seçilmiş məqalələrin müvafiq jurnalın məqsəd və elmi istiqamətlərinə, müəllif qaydalarına və redaksiya tələblərinə uyğun olaraq yenidən işlənməsi, genişləndirilməsi və ya formatlaşdırılması müəlliflərdən tələb oluna bilər. Tövsiyə edilən məqalələr jurnalların müəyyən etdiyi qaydalara uyğun olaraq redaksiya baxışından və elmi rəy prosesindən keçiriləcəkdir.

Konfransın tarixi: 3–5 noyabr 2026
Keçirilmə yeri: Bakı, Azərbaycan
İştirak formatı: hibrid — əyani və onlayn
İşçi dillər: Azərbaycan, ingilis, türk və rus dilləri
Məqalə qəbulu üçün son tarix: 25 oktyabr 2026
Məqalələrin göndərilməsi: [email protected]
Ətraflı məlumat: www.geo.edu.az
Əlaqə: +994 51 799 43 99

Məqalə göndərilərkən elektron məktubun mövzu hissəsində konfransın adı qeyd edilməlidir. Müəlliflər üçün tətbiq olunan iştirak, nəşr və digər təşkilati şərtlər məqalənin qəbul edilməsi barədə rəsmi bildirişlə birlikdə təqdim olunacaqdır.

Alimləri, tədqiqatçıları, ali məktəb müəllimlərini, təhsil mütəxəssislərini, doktorantları, dissertantları, magistrantları, gənc tədqiqatçıları, dövlət qurumlarının nümayəndələrini və praktik mütəxəssisləri konfransda iştirak etməyə dəvət edirik!