Torpaq məsələləri üzrə müsabiqə elan edilir İyn 04, 2018 | 10:44

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Torpaq idarəçiliyi, torpaq tədqiqatı və kadastr sahəsində müasir yanaşmalar: yeni ideyalar və onların praktik tətbiqi məsələləri” mövzusunda gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi-tədqiqat işləri üçün müsabiqə

ELAN EDİR

Məqalələr və layihələr 1 oktyabr 2018-ci il tarixinə qədər qəbul edilir. Müsabiqədə gənc alimlər, doktorantlar, magistrantlar, eləcə də bakalavriat pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqə Komissiyasının qərarı ilə müsabiqənin nəticələrindən asılı olaraq ən yaxşı  işlərin müəlliflərinə Diplom və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim ediləcəkdir:

I yer– 500 manat;

II yer – 300 manat;  

III yer  – 200 manat.  

 

MÜSABİQƏNİN MÖVZULARI:

1.Azərbaycan Xalq Cümhuriyyəti dövründə torpaq məsələləri

2.Sovet hakimiyyəti illərində torpaq siyasəti

3.Müstəqillik illərində torpaq siyasəti

4.Torpaqların keyfiyyətcə qiymətləndirilməsi

5.Torpaq kadastrında müasir yanaşmalar

6.Torpaqlardan səmərəli istifadənin yolları

7.Azərbaycanda torpaq örtüyünün öyrənilməsi

 

MƏQALƏLƏRƏ DAİR TƏLƏBLƏR:

1.Mövzu dolğun əhatə olunmalıdır

2.Elmi yenilik, fərdi yanaşma

3.İnformasiyanın yetərli və qəbul edilən olması

4.Problemin cari vəziyyəti və ya proqnozu

5.Mənbələr göstərilməlidir

6.Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər

7.Məqalə əvvəllər heç yerdə çap olunmamalıdır.

8.Annotasiya (250 sözdən artıq olmamaqla)

 

Mətn Times New Roman, 14, sərlövhələr 16 şriftində yazılmalı, sətirarası məsafə (interval) 1,5 olmalıdır.

Qaliblər Münsiflər Heyəti tərəfindən müəyyən ediləcəklər.

Məqalələr onlara dair tələblərin hər birinə cavab vermək səviyyəsindən asılı olaraq 2-dən 5 baladək qiymətləndirilməklə ümumi nəticələrə uyğun olaraq mükafatlandırılacaqdır.

Məqalələrin müsabiqəyə yekun vurulana qədər və ya müsabiqədən sonra dərc edilməsi nəzərdə tutulur.

Məqalələr 5-6 səhifə həcmində olmaqla elektron və çap edilmiş şəkildə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna təqdim olunur.

Ünvan: Az 1143, Bakı, H.Cavid pr., 115

Elektron ünvan: [email protected]

Telefon: (050) 590 43 88

Əlaqələndirici: coğrafiya üzrə elmlər doktoru  Zakir Namin oğlu EMİNOV