2017-ci il 2-5 may tarixlərində Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin T.C.Ege Üniversitesi Ədəbiyat fakültəsi coğrafiya bölümünün birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçiriləcək.
Tədbirin birinci günü, mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyası, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun konfrans zalında keçiriləcək. Həmin gün müxtəlif mövzularda elmi məruzələr dinləniləcək, müzakirələr keçiriləcəkdir. İclasdan sonra iştirakçılar Bakı turuna çıxacaqlar.
Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) məruzə və müzakirələr davam edəcək, nahar fasiləsindən sonra: “Əlaqələrin genişləndirilməsi ve coğrafi yanaşmalar” mövzusunda Dəyirmi masa keçiriləcək. Daha sonra rəsmi ziyarətlər və işbirliyi görüşmələri, muzeylərə gəzinti nəzərdə tutulub.
Mayın 4-də tədbir iştirakçıları Böyük Qafqazın cənub-şərq yamacına - Şamaxı rayonuna, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına və AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Biocoğrafi stasionarına səyahət edəcəklər.
Ertəsi gün, mayın 5-də Lənkəran Dövlət Universitetində və Azərbaycan Coğrafiya Cəmiyyətinin Lənkəran filialında təşkil olunacaq görüşlərdə birgə tədqiqatların aparılması imkanları müzakirəsi olunacaqdır.
Həmin gün həmçinin, Xəzər dənizi sahillərində və Lənkəran rayonunda çöl tədqiqatları da nəzərdə tutulub.
Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günlərinin proqramı: